AZ

Bu gün Putinin andiçmə mərasimi keçirilir

Vladimir Putinin Rusiya prezidenti vəzifəsində beşinci dəfə andiçmə mərasimi bu gün Böyük Kreml sarayında keçiriləcək. Məlumatı “İnterfaks.ru” verib.

Andiçmədən sonra Putin həmin vəzifədə 6 il – 7 may 2030-cu ilə və beşinci prezidentlik müddətinin başa çatmasına qədər işləmək hüququ qazanacaq. Beləliklə, o, İvan Qroznı və İkinci Yekaterinadan sonra ən uzun müddət hakimiyyətdə olmuş Rusiya dövlət başçısı olacaq.

Bu gün həm də 4 ildən artıq fəaliyyətdə olmuş Mixail Mişustinin başçılıq etdiyi Rusiya hökuməti istefaya gedəcək. İki gün sonra isə ölkənin yeni baş naziri elan olunacaq. 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla