AZ

DİM qlobal təhdidlərlə üzləşib - Baş nazirin müavini

Bakı. Trend:

Dünyanın inkişafını nəzərdə tutan DİM BMT tərəfindən irəlisürülüb və dünyanın əksər ölkələri bunu qəbul ediblər.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü KönüllüMilli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ciDİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxışedən Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan 4-cü milli hesabatınıtəqdim edir.

“Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsinəxüsusi önəm verir. Gələcəkdə qarşımızda yeni hədəflər dayanır. Bulayihənin həyata keçirilməsi qlobal təhdidlərlə üzləşib. Xüsusiləkoronavirusu qeyd etmək olar. Dünyada mövcud olan hərbiqarşıdurmalar, toqquşmalar bu layihənin həyata keçirilməsinə ciddiproblemlər yaradır”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
Mənbələr
Şərh ()
Bağla