AZ

Yayda Neapolu tərk etməyəcək

Xviça Kvaratsxeliya gələcəyi ilə bağlı qərar verib.

İtaliya mənbələrinin xəbərinə görə, 23 yaşlı yarımmüdafiəçi bu yay “Napoli”dən ayrılmayacaq. O, Neapolda qalmaq istəyir. Bir müddət əvvəl rəhbərliyin Gürcüstan yığmasının oyunçusuna yeni müqavilə təklif etdiyi xəbər verilmişdi. Onunla “Barselona” da yaxından maraqlanır.
Kvaratsxeliya “Napoli”də 2022-ci ildən oynayır. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdi.

Xviça bu mövsüm neapolluların bütün turnirlərdə keçirdiyi 42 matçda iştirak edib, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
football-plus.az

1Mənbələr