AZ

Makronun əlləri yeni "boş" qaldı, Si Tszinpin...

Makronun Si Tsinpini Ukrayna məsələsində Putinə təzyiq göstərməyə inandırmaq cəhdi heç bir nəticə vermədi. Bu barədə “New York Times” yazır.

Si Tsinpin ölkəsinin Rusiya ilə yaxın münasibətlərinə görə tənqidlərə qarşı sərt çıxış edib. O, Ukrayna böhranının məsuliyyəti üçüncü ölkələrin üzərinə atmaq, Çinin reputasiyasını ləkələmək və yeni soyuq müharibəyə başlamaq üçün istifadə olunmasının əleyhinə olduğunu vurğulayıb.

Çin lideri Pekinin Ukrayna böhranının başlanmasında rolu olmadığına və böhranın iştirakçı tərəflərindən biri olmadığına da diqqət çəkib.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla