AZ

May ayında bu əraziyə qar yağdı

May ayında  Türkiyənin Van bölgəsində güclü qar yağıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Vanın Bahçesaray rayonunda gecə saatlarında güclü qar yağıb.

Vanda günlərdir fasilələrlə yağan leysan yüksək yerlərdə yerini qar yağışına verib. 

Rayonda dünən axşam saatlarından etibarən fasilələrlə başlayan yağış yüksək dağlıq ərazilərdə qarla əvəzlənib. 

Qarın qalınlığının 5 santimetrə çatdığı Bahçesarayın Çatbayır rayonunda səhər saatlarında vətəndaşlar evlərinin damını qardan təmizləyib.

Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
12
azxeber.com

10Mənbələr