AZ

“The Times“ Olimpiadada terror riskinin yüksək olduğunu yazıb

Fransanın “Thales” konserni tərəfindən 350 milyon avroya hazırlanmış və 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarını aşkarlayan və zərərsizləşdirən “Parad” sisteminin fəaliyyətində məhdudiyyətlər var.  

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, sistem əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində yalnız hər üç pilotsuz təyyarədən birini aşkar etməyə qadirdir ki, bu da pilotsuz təyyarələrdən istifadə etməklə mümkün terror hücumları riskini artırır.

Məsələ ilə bağlı fikir mübadiləsi aparan ekspertlər deyirlər ki, "Parade" hələlik güclü təhlükəsizlik sistemi sayıla bilməz.  Lakin çatışmazlıqlarına baxmayaraq, o, Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə olunan bir neçə əsas sistemdən biri olacaq.  Bundan əlavə, tədbirdə pilotsuz nəqliyyat vasitələrini idarə etmək üçün Britaniyanın elektron sistemlərindən də istifadə olunacaq.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla