AZ

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

Xəbər verdiyimiz mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü Almatı şəhərində keçiriləcək:

"Bu gün danışıqlar masasında yalnız Azərbaycanın şərtləri müzakirə olunur. Delimatasiya prosesi arzulanan formada davam etdirilir. Mayın 10-da Almatı şəhərində keçiriləcək görüşdə növbəti delimitasiya prosesi və sülh müqaviləsinin şərtləri müzakirə olunacaq. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü hər iki ölkə üçün olduqca əhəmiyyətlidir. Çünki keçirilən görüşlərin hər biri bundan sonrakı münasibətlərin formalaşması üçün önəmlidir".

Deputat qeyd edib ki, ilk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək:

"Mayın 10-da keçiriləcək görüşdə tərəflər arasında müzakirə olunacaq mövzu ilk növbədə sülh müqaviləsinin işlənməsidir. Sülh müqaviləsi ilə yanaşı Almatıda müzakirə ediləcək məsələlər içərisində sərhədlərin delimitasiyası və demarkasiyası da var. Artıq Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsi razılaşdırılıb. Mayın 15-ə kimi həmin kəndlər boşaldılmalıdır. Nəzərə alaq ki, Qazaxın 3 kəndi və Kərki hələ də Ermənistanın işğalı altındadır. Ona görə də düşünürəm ki, iki ölkə arasında müzakirə olunan məsələlərin ortaq məxrəcə gətirilməsinə böyük ehtiyac var. Ümid edirəm ki, Ermənistanın işğal altında digər kəndlər də tezliklə Azərbaycana geri qaytarılacaq. Hesab edirəm ki, danışıqların intensiv getməsi tezliklə sülhün əldə olunması ilə nəticələnəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
sonxeber.az

10Mənbələr