AZ

Bayden və İordaniya kralı Ağ Evdə Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ prezidenti Co Bayden və İordaniya Kralı II Abdullah ibn Al Hüseyn arasında Vaşinqtonda görüş keçirilib.


Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, tərəflər Qəzza zolağında baş verən hadisələri müzakirə edib və regionda sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyiblər.


Liderlər həmçinin HƏMAS-ın əlində olan əsirlərin dərhal azad edilməsinin, eləcə də Qəzzaya çox ehtiyac duyulan humanitar yardımın təhlükəsiz çatdırılmasına imkan verəcək davamlı atəşkəs rejiminə nail olunmasının vacibliyini vurğulayıblar.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla