AZ

"Qarabağ" yığmanın oyunçusu ilə müqavilə şərtlərini RAZILAŞDIRDI

Millinin və «Qarabağ»ın qapıçısı Amin Ramazanovun gələn mövsüm karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Gənclər yığmasının kiperi bir sıra təkliflərə rəğmən, elə Ağdam klubunda qalmağa razılıq verib.

«Köhlən atlılar»ın irəli sürdüyü yeni müqavilə şərtləri Rusiya doğumlu 20 yaşlı «əlcək sahibi»ni qane edib.

O, 4 illik (3+1) kontrakta «hə» deyib.

Azərbaycan çempionu bugünlərdə daha 2 yerli futbolçusunun sözləşməsini uzadıb. Bəhlul Mustafazadə 3, Nəriman Axundzadə 4 illik anlaşmaya imza atıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla