AZ

Britaniya Azərbaycan komandasını uğurlu çıxışa görə təbrik edib


Böyük Britaniya səfirliyi Azərbaycan komandasını “Vindzor Kral Atçılıq Şousu”nda uğurlu çıxışı münasibətilə təbrik edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, təbrik səfirliyin “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

“Biz Beynəlxalq “Vindzor Kral Atçılıq Şousu”nda parlaq çıxışına görə Azərbaycan komandasını təbrik edirik”, - paylaşımda qeyd olunub.

Səfirlik Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin möhkəmlənməsini də məmnunluqla qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
5
missiya.az

6Mənbələr