AZ

TOGG avtomobil bazarında yerini gücləndirir

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli və yerli elektrikli avtomobili olan TOGG hər keçən ay istehsalını və parallel olaraq satışını artırmaqdadır.

Hafta.az-ın ODMD-nin məlumatlarına əsaslanaraq yazdığına görə, aprel ayında Türkiyənin avtomobil bazarında tam elektrik avtomobil satışında TOGG ilk yeri tutub. Bir ay ərzində 3003 ədəd TOGG elektrikli avtomobili satılıb.

Bazardı ikinci ən çox satılan tam elektrikli avtomobil SsangYong olub. Bu markadan 739 ədəd alıcı tapıb. Üçüncü ən çox satılan elektrikli avtomobil isə BMV olub – 361 ədəd. Satış həcminə görə dördüncü olan Hyundai isə cəmi 239 ədəd avtomobil sata bilib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyə bazarında 1665, bu ilin geridə qoyduğumuz dörd ayı ərzində isə toplam 6097 ədəd tam elektrikli avtomobil satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
hafta.az

1Mənbələr