AZ

Rusiyanın neft ixracı son 7 ildə ən aşağı səviyyəyə düşdü

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın dəniz yolu ilə neft və mazut ixracı aprel ayında son 7 ilin ən aşağı səviyyəsinə düşüb.

Hafta.az-ın RBC –ya istinadən yazdğına görə, iki nafta məhsulunun ixracı müvafiq olaraq 24 və 20 faiz azalıb.

Xəbərə görə, ixracın azalmasına səbəb bu məhsulların istehsal olunduğu neft emalı zavodlarında davam edən “plansız təmir işləri”dir. Qəzet mazut ixracının sutkada 815 min barelə, nafta ixracının isə 322 min barelə endiyini yazıb.

Kpler tərəfindən açıqlanan məlumatlar dəniz yolu ilə dizel ixracında yüzdə 23 azalma olduğunu göstərir. Dizel ixracı da gündəlik 762 min barelə qədər azalıb.

Rusiya martın 1-dən etibarən 6 ay müddətinə benzin ixracına qadağa qoyub. Ölkənin müxtəlif bölgələrində yerləşən neftayırma zavodları Ukrayna tərəfindən həyata keçirilən pilotsuz təyyarə hücumlarının hədəfi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
hafta.az

1Mənbələr