AZ

Şakiranın yeni sevgilisi tərifləməklə doymadı

Yazını böyüt
Yazını kiçilt

Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi və məşhur futbolçu Herard Pike ilə yollarını ayırdıqdan sonra həyatına yeni istiqamət verib. Şakiranın yeni sevgilisi və klipdə də birlikdə çalışdığı britaniyalı aktyor Lusien Laviskunt ifaçını tərifləyib.

Hafta.az-ın yazdığına görə, Şakira 2022-ci ilin iyununda iki övladının atası Herard Pike ilə uzunmüddətli münasibəti ndən sonra musiqidə və şəxsi həyatında yeni bir başlanğıc etdi. 47 yaşlı müğənni aprel ayından 31 yaşlı britaniyalı aktyor Lusien Laviskuntla eşq yaşayır. İkili Şakiranın "Las Mujeres Ya No Lloran" adlı yeni albomunun klipində birlikdə rol alıblar.

Lusien Laviscount deyib: "Şakira planeti bəzəmiş ən inanılmaz sənətçilərdən biridir. Onun sənətinə, pərəstişkarlarına sadiqliyi və həyata sevgisi həqiqətən ruhlandırıcıdır. O, indiyə qədər rastlaşdığım ən gözəl və çalışqan insanlardan biridir", - Laviskunt deyib. Bu sözlər ikisi arasındakı emosional bağın və qarşılıqlı hörmətin güclü göstəricisi kimi önə çıxır.

7 ildən sonra Şakira "Las Mujeres Ya No Lloran" adlı albomu ilə musiqi dünyasına qayıdıb. Albomun adı Şakira və Bizarrapın əməkdaşlığından "Music Sessions Vol. 53" adlı yaddaqalan lirikadan ilhamlanıb. Şakira albomu haqqında "Kişilərin ağlama vaxtıdır. Uzun müddətdir ki, sırf qadın olduğumuz üçün əlimizdə ssenari ilə ağlamağa məcburuq" deyib. O, albomun şəxsi yenidən doğuşu simvolizə etdiyini də vurğulayaraq, "Hər mahnı yazanda özümü yenidən yaradırmış kimi hiss etdim" deyib.

Keçən il Şakiranın "Music Sessions Vol. 53" mahnısı Latın Grammy Mükafatlarında uğur qazandı və “Spotify”da ən çox dinlənilən ispan mahnısı kimi tarixə düşdü. Mahnı həm də 14 dəfə Ginnesin Rekordlar kitabına düşdü, Şakiranın bədii istedadları və sosial mesajları üçün güclü platforma kimi seçildi. Bu nailiyyətlər Şakiranın musiqi dünyasındakı yerini daha da möhkəmləndirdi və onun cəsarətini və bədii ifadədə yeniliklərini nümayiş etdirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla