AZ

İtaliyada müsəlmanlar namaz qılmağa yer tapmırlar

Yazını böyüt
Yazını kiçilt

Fransanın AFP xəbər agentliyinin İtaliyanın Monfalkone rayonunda müsəlmanların ibadət yerlərinin bağlanmasının mənfi təsiri barədə verdiyi xəbərdə deyilir ki, yüzlərlə müsəlman cümə namazını dayanacaqların beton döşəməsində qılmalı olub.

Hafta.az-ın yazdığına görə, İtaliyanın şimal-şərqindəki Gorizia şəhərinin Monfalkone rayonunun meri Anna Maria Cişint noyabrda müsəlmanların namaz qıldığı iki mədəniyyət mərkəzini bağlamaq qərarına gəlib. Bundan əlavə, dekabrda keçmiş supermarketin yerləşdiyi ərazidə namaz qılmaq istəyən müsəlmanların qarşısı bələdiyyənin sözügedən yeri tikinti yeri elan etməsi ilə alınıb. Bunun ardınca dekabrın 23-də təxminən 8 min adam tətbiqə qarşı etiraz yürüşü təşkil edib.

2006-cı ildə Banqladeşdən Monfalkona gəldiyini və İtaliya vətəndaşı olduğunu deyən Rəcaul Haq, müsəlmanlara qarşı ədalətli davranılmadığını bildirərək, "Mənə deyin, hara getməliyəm? Monfalkondan niyə çıxmalıyam? Yaşayıram burada, vergi ödəyirəm, katoliklər, pravoslavlar, protestantlar, Yehovanın Şahidləri - onların hamısının öz kilsələri var, niyə bizim ibadət yerimiz olmasın?” deyib.

Cişint, iqtidar ortağı radikal sağçı Liqa Partiyasından, şəhərsalma qanunlarının ibadət yerlərinin inşasını məhdudlaşdırdığını və qanuna uyğun hərəkət etdiklərini qeyd edib.

İbadət məkanından kənar yerlərdə ibadətə icazə verməyəcəklərini bildirən Cişint, müsəlmanlara qarşı ayrı-seçkilik etmədiklərini iddia edərək, "Mən bir bələdiyyə sədri olaraq heç kimə qarşı deyiləm, belə bir münasibətlə vaxt itirə bilmərəm. Qanunları icra etməyə borcluyam" deyib.

Təxminən 59 milyon əhalisi olan İtaliyada 2,7 milyona yaxın müsəlman yaşayır. AFP-nin məlumatına görə, İtaliya qanunlarında İslamın rəsmi statusunun olmaması ibadət yerləri problemini daha da çətinləşdirir.

Bir çox gəmiqayırma zavodunun yerləşdiyi Monfalkonda 30 mindən çox insan yaşayır ki, onlardan 9400 nəfəri əcnəbidir və əcnəbilərdən də 6600-ü müsəlmandır.

Cişint isə Monfalkonun daha çox müsəlman mühacirlə məşğul ola bilməyəcəyini iddia edərək, "Bu rəqəm Monfalkon üçün çox böyükdür" deyib.

İtaliya İslam Dini İcmasının (COREIS) prezidenti Yəhya Zanolo bildirib ki, ölkə daxilində rəsmən tanınan məscidlərin sayı 10-a çatmır. Zanolo deyib ki, buna görə də müsəlmanlar müvəqqəti yerlərdə namaz qılmağa məcbur olublar ki, bu da "qeyri-müsəlman əhali arasında qorxu və qərəzliyə səbəb olub".

Monkalfondakı müsəlmanlar mədəniyyət ocaqlarında ibadətə qoyulan qadağanı məhkəməyə veriblər. AFP-nin məlumatına görə, qərar dinləməsi mayın 23-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
hafta.az

1Mənbələr