AZ

Mayın 8-də Yer kürəsinə çatacaq

Mayın 8-də Yer kürəsini güclü maqnit qasırğası vura bilər. Tədqiqatçılar daha əvvəl bildirmişdilər ki, ötən həftə sonu çox yüksək günəş aktivliyi qeydə alınıb: onlarla alışma baş verib, onlardan 20-si yüksək, ikisi isə maksimum olub.

Publika.az xəbər verir ki, alimlərin ilkin hesablamalarına görə, plazma atılması Yerə mayın 8-də çata bilər. Lakin qeyd etmək lazımdır ki, proqnoz tam dəqiq və yekun ola bilməz.

Qeyd edək ki, günəş aktivliyi tədqiqatçıları məlumatları hər üç saatdan bir yeniləyir.

Geomaqnit pozğunluğunun gücü haqqında məlumat da birmənalı deyil - o, ya orta, ya da çox güclü ola bilər. Eyni zamanda alimlər bildirirlər ki, mayın 8-dən sonra maqnit qasırğaları arasında uzun fasilə yarana bilər.

Maqnit qasırğalarının insanlara təsirinin sübut olunmamasına baxmayaraq, planet əhalisinin 50%-dən 70%-ə qədərinin onların nəticələrini hiss etdiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla