AZ

İddia: Netanyahu Qətərdən pul istədi

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlara verilən reaksiyalar, dünyanın hər yerindən atəşkəs çağırışları və ölkədəki üsyanların səngiməməsi, həmçinin “gizli məktub” səbəbiylə küncə sıxışdırılıb. İsrail mediası Netanyahunun 2018-ci ildə Qətərə gizli məktub göndərərək Həmas üçün pul istədiyini yazıb.

Yediot Ahronot qəzetindəki xəbərdə, yalnız bir neçə nəfərin gördüyü deyilən məktubda Netanyahunun Qətərdən Qəzzaya aylıq 30 milyon dollar maliyyə yardımı etməsini istədiyi bildirilib.

News24.az xəbər verir ki, məktubda Netanyahunun HƏMAS-a veriləcək maliyyənin “regional sabitliyi qoruyacağını və humanitar böhranın qarşısını alacağını” ifadə etdiyi vurğulanıb.

Xəbərdə Qətər rəsmilərinin əlavə təminat tələb etməsindən sonra ABŞ hökumətinin Netanyahunun təklifini qəbul etdiyi və Dohaya əlavə məktub göndərdiyi, “Həması maliyyələşdirmənin terrorizmi maliyyələşdirdiyi hesab edilməyəcəyinə dair Qətərə zəmanət verdiyi” bildirilib.

Xəbərlə bağlı İsrail baş nazirliyindən hələlik heç bir cavab alınmadığı bildirilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
Mənbələr
Şərh ()
Bağla