AZ

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Binəqədi, Xəzər və Sabunçu rayonlarında, həmçinin Tovuz rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” Neft-Qazçıxarma İdarəsinə (NQÇİ) məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar mayın 7-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
49
Mənbələr
Şərh ()
Bağla