AZ

Məşhur dərman şirkəti zərər etdi - HESABAT

Almaniyanın biotexnologiya şirkəti "BioNTech" bu ilin birinci rübündə 315,1 milyon avro zərərlə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BioNTech" yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Məlumata görə, COVID-19 peyvəndinə tələbatın azalması səbəbindən şirkət zərərlə üzləşib. Bildirilib ki,, 2023-cü ilin ilk rübündə "BioNTech" 502,2 milyon avro xalis mənfəət əldə edib.

Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhm üzrə xalis mənfəəti bu ilin eyni dövründə 2,05 avroya düşüb.

"BioNTech"in gəliri bu ilin birinci rübündə illik müqayisədə 85% azalaraq 187,6 milyon avroya enib. Şirkət ötən ilin birinci rübündə 1 milyard 277 milyon avro gəlir əldə edib.

Açıqlamaya görə, şirkət COVID-19 pandemiyasından sonra diqqətini xərçəng dərmanlarının inkişafına yönəldib və 2026-cı ildə ilk xərçəng dərmanını buraxmağı planlaşdırır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
3
iqtisadiyyat.az

4Mənbələr