AZ

"Liverpul"un kapitanı nəhənglərin radarına düşüb

"Liverpul"un mərkəz müdafiəçisi Vircil Van Deyk komandasından ayrıla bilər.

Apasport.az xəbər verir ki, “qırmızılar”ın kapitanı müqaviləsini uzatmaq və komandada qalmaq istəyir, lakin 32 yaşlı futbolçunun gələcəyi hələ müəyyənləşməyib.

Jurnalist Ekrem Konurun sözlərinə görə, həm Avropanın aparıcı çempionatlarının təmsilçiləri, həm də Səudiyyə klubları futbolçunu izləyirlər.

Digər tərəfdən, "Milan", "İnter", "Atletiko Madrid", "Əl-Hilal" və "Əl-Nəsr"in ulduz mərkəz müdafiəçisi ilə maraqlandığı bildirilir. 

Qeyd edək ki, Van Deyk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir. Hollandiyalının hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla