AZ

Qvardiola: “Üç oyun, doqquz xal və biz çempion olacağıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq yarışının son mərhələsindəki vəziyyəti şərh edib.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bir həftə qaldı: üç oyun, doqquz xal və biz çempion olacağıq. Əgər altı və ya yeddi xal qazansaq, “Arsenal” Premyer Liqanın qalibi olacaq”, deyə “Pep” bildirib.

Qvardiola Premyer Liqanın 36-cı turunun “Vulverhempton”la ev oyununda (5:1) komandasının norveçli hücumçusu Erlinq Halandın pokerə imza atmasına da şərh verib:

“Onun ikinci və dördüncü qolları inanılmaz idi. Norveçli futbolçunun “Nottingem Forest”ə qarşı meydanda keçirdiyi 20 dəqiqə də yaxşı idi. Amma “canavarlar”a qarşı o, bütün matç ərzində inanılmaz idi. Sevinirik ki, o, mövsümün gərəkli vaxtında qollarla qayıtdı”, deyə “Pep” vurğulayıb.

Xatırldaq ki, bu oyunda Erlinq Haland poker edərək 4 qol vurub. “Şəhəlilər”in baş məşqçisi isə norveçli qolçunu 82-ci dəqiqədə əvəzləyib.

İngiltərə Premyer Liqasının geridə qalmış 36 turundan sonra 83 xal toplamış “Arsenal” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıb. “Mançester Siti” isə 35 oyundan 82 xalla mümkün lider mövqeyində “topçular”ı qarabaqara təqib edir.

Erlinq Halanda gəlincə, o, hazırda vurduğu 25 qolla İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən sərrast futbolçusudur. Halandın ən yaxın izləyiciləri hərəyə 20 qol vurmuş futbolçular – “Nyukasl”in isveçli hücumçusu Aleksander İsak və “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmerdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
arena.az

10Mənbələr