AZ

Rusiyada ABŞ əsgəri həbs edildi

Vladivostok məhkəməsi amerikalı əsgər Qordon Bleki iyulun 2-dək həbs edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Primorsk Regional Məhkəməsinin mətbuat katibi Yelena Oleneva aydınlaşdırıb ki, amerikalı hərbçi Vladivostokda iyulun 2-dək “oğurluq” maddəsi ilə həbs edilib.

Bundan əvvəl Blekin Vladivostokda Rusiya qanunvericiliyini pozmaqda şübhəli bilinərək saxlanıldığı bildirilirdi . "O, oğurluqda ittiham olunur, lakin bu ittihamların nə dərəcədə doğru olduğu bəlli deyil", - NBC bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
publika.az

1Mənbələr