AZ

Si Cinpinqin Qərbə sərt cavabı..




“The New York Times” yazır ki, Fransa prezidenti Emmanuel Makronun Çin prezidenti Si Cinpini Ukrayna məsələsində Rusiyaya “təzyiq” etməyə inandırmaq istəyi heç də nəzərəçarpacaq nəticələrə gətirib çıxarmayıb.Qeyd olunur ki, Si Cinpin Rusiya ilə dostluq münasibətlərinə görə ölkənin tənqidinə qəti şəkildə qarşı çıxıb, Ukrayna böhranına görə məsuliyyətin üçüncü ölkələrin üzərinə atılmasının əleyhinə olduğunu vurğulayıb, Gazeta.Ru xəbər verir.

Çin lideri həmçinin qeyd edib ki, Pekin Ukraynadakı münaqişənin başlanğıcında deyil və tərəflərdən biri deyil.

Nəşrin yazdığına görə, bu “qəzəbli irad” ABŞ-a ünvanlanıb.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla