AZ

Kişi xalasının kafesində pivə içib hesabı əskik verən müştərinin burnunu sındırdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mayıl Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, hadisə 05 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Mayıl Səfərov xalasının işlətdiyi kafedə olan zaman obyektdə pivə içib hesabı əskik verərək oradan getmək istəyən zərərçəkmiş Mansur Qurbanovla (şərti) mübahisə edib. Nəticədə o, zərərçəkmişin sifət və başqa nahiyələrindən qəsdən yumruqla bir neçə dəfə vuraraq ona burunu sındırıb.

 

Hadisədən sonra Mayıl Səfərov cinayət məsuliyyətinə cəlb edilib.Kamal

 

Kamal Məmmədov

 

Tarix: 7 May 2024, 09:07   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
pravda.az

2Mənbələr