AZ

Qəbələ RMX-da növbəti uğurlu travmatoloji əməliyyat icra olunub

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu travmatoloji əməliyyat icra olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, Şəki rayon sakini 68 yaşlı pasient üzərində “PFNA ilə intramedulyar osteosintez” əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində uğurla həyata keçirilib.
 
Yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sağ bud sümüyünün yerini dəyişmiş qəlpəli sınığı diaqnozu qoyulan pasiyentin əməliyyatı uğurla başa çatıb.
 
Sözügedən əməliyyat həkim-travmatoloq-ortoped Azər İlyasov, Əhməd Rəşid və anestezioloq-reanimatoloq Vahid Babayev tərəfindən həyata keçirilib.
 
Əməliyyatdan sonra pasiyentə hər bir zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
aztibb.az

1Mənbələr