AZ

Bu qaydanı pozan sürücüləri cərimə gözləyir - VİDEO

Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 6-da, Novxanı yolunda baş verib. Belə ki, 99-KU-869 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sağ zolaq boş olan halda sol zolaqla hərəkət edib. Görüntünü qeydə alan sürücünün dəfələrlə səs və işıq siqnalları ilə xəbərdarlıq etməsi əhəmiyyətsiz olub. O, məcbur şəkildə sağdan ötmə edəsi olub.

Qeyd edək ki, qanunvericiliyə görə, normal hərəkət zamanı sürücü sağ zolaqla hərəkət etməlidir. Bu qaydaya əməl etməyən sürücülərə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
avtosfer.az

1Mənbələr