Vladivostokda amerikalı hərbçi Rusiya qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-dən olan adı açıqlanmayan üç məmura istinadən məlumat yayıb. “Həftə sonu Rusiyada ABŞ hərbçisi saxlanılıb. O, oğurluqda ittiham olunur, lakin bu ittihamların nə dərəcədə doğru olduğu aydın deyil”, - telekanal sözügedən məmurlardan birindən sitat gətirib. Qeyd olunur ki, əsgər Cənubi Koreyada Amerika kontingentinin tərkibində xidmət edib və öz təşəbbüsü ilə Rusiya ərazisinə gedib. “İzvestiya” mənbəsi ABŞ hərbçisinin qadını döyərək ondan 200 min rubl oğurladığına görə saxlanıldığını bildirib. Nəşrin həmsöhbətinin sözlərinə görə, amerikalı əsgər internetdə Vladivostok sakini ilə tanış olub və bir müddət onunla yaşayıb.
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.