AZ

"Sumqayıt Aşqarlar" ASC-nin rəhbəri səhmdarları bir araya toplayır

"Sumqayıt Aşqarlar" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Sumqayıt Aşqarlar" ASC-nin Baş direktoru Rasim Dadaşev elan edib.

Yığıncağın iyunun 30-da şirkətin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə daxildir:

1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat

2. Cari məsələlər

Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan "Sumqayıt-Aşqarlar" ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi də elə baş direktor özüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
47
iqtisadiyyat.az

10Mənbələr