AZ

Bu şəhərdə 24 saat su növbəsində dayanırlar – Problemi həll edən tapılmır - VIDEO

Bu şəhərdə 24 saat su növbəsində dayanırlar – Problemi həll edən tapılmır - VIDEO

Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbə adlanan yaşayış massivi. Bu qədər insanı bir bulağın başına toplayan susuzluqdur. Həyat mənbəyi olan suyun yoxluğu burada yaşayışı müşkülə çevirib.

200-dən çox ailənin su mənbəyi məhz artezian quyusudur. Quyunun başından 24 saat ərzində su doldurmaq istəyən insanlara rast gəlmək mümkündür. Əslində əhalini su ilə təmin etmək üçün bu artezian quyusuna 24 saatda yetmir. Çünki su o qədər azalıb ki, dolması uzun zaman alır.

Həm sakinlər, həm də mal-qara su üçün 90-cı illərdən qalma və qurumaq üzrə olan arteziana möhtacdır. Sonxeber.az xəbər verir ki, sakinlər problem ilə bağlı "Apa TV" yə danışıb:

"Bizdə su problemi 2 ildir var. Pis vəziyyətdəyik. Bu problem ilə bağlı heç kim baxmır. Bütün mal-qara gəlib buradan su içir. Nəyimiz varsa, hamısı bu sudur. Bizim içməli su üçün istifadə etdiyimiz artezian artıq qurumaə üzrədir. Camaat artıq çox narahatdır. Yaxın məsafədə yoxdur ki, gəlib həmin yerdən su daşıyaq. Ona görə istəyirik ki, bizim su problemimiz düzəlsin. Növbədə dayanırıq və artıq su doldura bilmirik. Bulağın başına isə həmişə adam olur".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sonxeber.az

1Mənbələr