AZ

Hakerlər Britaniyanın hərbi serverlərini sındırıblar » AzadMedia.az



Hakerlər Britaniya Müdafiə Nazirliyinə məxsus serverləri sındırıb və nəticədə şəxsi heyətin şəxsi məlumatları sızıb. Azadmedia.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi məlumata görə, mayın 7-də hakimiyyət Britaniya parlamentinin üzvlərinə ölkənin Müdafiə Nazirliyinin serverlərinə haker hücumu barədə məlumat verəcək. Hakerlərin hərəkətləri hazırkı hərbi qulluqçuların və bəzi veteranların əmək haqqı sisteminə qarşı yönəlib. Kiberhücum nəticəsində hakerlər hərbçilərin şəxsi məlumatlarını və bank rekvizitlərini əldə ediblər.

Müdafiə Nazirliyi hadisəyə baxmayaraq, əmək haqlarının vaxtında və tam ödəniləcəyini vurğulayıb.

Səlahiyyətlilər hakerlərin milliyyəti barədə heç nə deməyiblər, lakin Sky News hücumun Çində törədildiyinə inanır.

Bundan əvvəl Almaniya Rusiyadakı səfiri Aleksandr Lambsdorffu Almaniya Sosial Demokrat Partiyasının (SPD) resurslarına kiberhücumla bağlı Moskvaya qarşı ittihamlardan sonra məsləhətləşmələr üçün geri çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
1
Mənbələr
Şərh ()
Bağla