AZ

Millimizin qapıçısı Türkiyə klubunda 3 nəfərdən biri oldu ki… FOTO

Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “İstanbulspor”la qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

29 yaşlı Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və 90 dəqiqəni çərçivədə keçirib. Millimizin üzvü oyunda beş kritik qurtarışla yadda qalıb.

Nəticədə futbolçumuz sözügedən qarşılaşmada “Adana Demirspor”un heyətində ən yaxşı oyun keçirən üç futbolçudan biri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
Mənbələr
Şərh ()
Bağla