Bakı. Trend:
Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərinisındırıblar, məmurların və aktiv hərbi personalın məlumatlarıoğurlanıb.
Trend xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, hakerlər nazirliyin əməkdaşlarının, eləcə dəhazırkı və keçmiş hərbi qulluqçuların şəxsi məlumatlarına, ocümlədən bank rekvizitlərinə çıxış əldə ediblər.
Kiberhücumun Çinlə əlaqəli olduğu iddia edilir.