AZ

A Seriyası: “Atalanta” qalib gəldi, “Napoli” qələbəni qaçırdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Salernitana” – “Atalanta” matçında qonaqlar qələbə qazanıblar.

Səfərdə “Udineze” ilə qarşılaşan “Napoli” isə qələbəni son anda əldən verib.

Beləliklə, 35-ci turdan sonra 89 xalı olan və çempionluğu daha öncə təmin etmiş “İnter” vahid liderdir. “Milan” 71 xalla 2-ci, “Yuventus” 66 xalla 3-cü, “Bolonya” 64 xalla 4-cü pillədə qərarlaşıb. “Atalanta” və “Roma”nın 60, “Latsio”nun 56, “Napoli”nin 51, “Fiorentina”nın 50, “Torino”nun 47, “Montsa”nın 45, “Cenoa”nın 43, “Leççe”nin 37, “Verona”nın 34, “Kalyari”nin 33, “Frozinone” və “Empoli”nin 32, “Udineze”Nin 30, “Sassuolo”nun 29, “Salernitana”nın isə 15 xalı var.

İtaliya, A Seriyası
35-ci tur
3 may

Torino – Bolonya 0:0

4 may

Montsa – Latsio 2:2
Qollar: Dyuriç, 75; 90+2 – İmmobile, 11. Vesino, 83.

Sassuolo – İnter 1:0
Qol: Loryente, 20.

5 may

Kalyari – Leççe 1:1
Qollar: Mina, 26 – Krstoviç, 84.

Empoli – Frozinone 0:0

Verona – Fiorentina 2:1
Qollar: Lazoviç, 13. Noslin, 59 – Kastrovilli, 42.

Milan – Cenoa 3:3
Qollar: Florensi, 45. Qabbya, 72. Jiru, 75 – Reteqi, 5-pen. Ekuban, 48. Tiav, 87-öz qapısına.

Roma – Yuventus 1:1
Qollar: Lukaku, 15 – Bremer, 31.

6 may

Salernitana – Atalanta 1:2
Qollar: Tçauna, 18 – Skamakka, 57. Kopmeyners, 63.

Udineze – Napoli 1:1
Qollar: Saksess, 90+2 – Osimhen, 51.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
43
Mənbələr
Şərh ()
Bağla