AZ

Aİ Rusiya mediasına yeni qadağalar tətbiq edəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində dörd media orqanının Aİ-də yayımına qadağa qoya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova bildirmişdi ki, Aİ Rusiyayönlü gündəmi yaymaqda məsul hesab etdiyi “Avropanın səsi” internet saytına, həmçinin “Rossiyskaya qazeta”, “RİA Novosti” və “İzvestiya”ya qarşı sanksiyalar tətbiq edəcək.

“Biz onları media kimi tanımırıq, onlar sadəcə Putinin təbliğat vasitəsidir”,- deyə Vera Yurova bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
13
Mənbələr
Şərh ()
Bağla