AZ

“Sizə hücum bizim hamımıza hücum olacaq...”

Bu arada Almaniya kansleri Olaf Şolz Estoniya, Latviya və Litvanın baş nazirləri ilə danışıqlar aparıb. O, əmin edib ki, Litvada briqadanın formalaşdırılması 2027-ci ilin sonuna qədər başa çatacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloombergyayıb.

Beləliklə, mayın 6-da Riqada Latviya, Estoniya və Litvadan olan həmkarları ilə danışıqlar aparan Almaniya kansleri, Rusiya və Belarusla həmsərhəd olan üç ölkənin təhlükəsizliyinin Almaniyanın təhlükəsizliyinin açarı olduğunu bildirib.

...Demək istərdim ki, sizə hücum bizim hamımıza hücum olacaq.

Bir daha qeyd edək ki, Şolzbunu latviyalı Evika Silinia, estoniyalı Kaja Kallas və litvalı İnqrida Simonite ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Litva prezidenti Qitanas Nauseda kansler Şolzla birgə çıxışı zamanı Rusiyanın Ukraynaya müdaxiləsini və digər keçmiş sovet respublikalarına qarşı təhdidləri nəzərə alaraq Almaniyanı alman briqadasının yerləşdirilməsini sürətləndirməyə çağırıb.

Briqadanın Baltikyanı ölkələrə yerləşdirilməsi Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başlamasından bir neçə gün sonra Şolzun parlamentdəki çıxışında elan etdiyi hərbi siyasətdə “tarixi dönüşün” bir hissəsidir.

Almaniya təkcə briqadanı daimi olaraq Litvada yerləşdirməklə kifayətlənmir, həm də Baltikyanı üzərində davam edən hava polisi missiyası və Almaniyanın rəhbərlik etdiyi Gücləndirilmiş İrəli Mübarizə Döyüş Qrupu ilə NATO-nun şərq cinahını gücləndirir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sia.az

1Mənbələr