AZ

Şakiranın yeni sevgilisi ona jest etdi

31 yaşlı britaniyalı aktyor Lucien Laviscount  Şakiranı indiyə qədər tanış olduğu ən gözəl insanlardan biri adlandırıb.

 

Sfera.az bildirir ki, ötən ay Şakiranın "Emily in Paris" serialının ulduzu ilə görüşdüyü məlum olub.

 

"Şakira indiyə qədər yer üzünə bəxş edilmiş ən inanılmaz sənətçilərdən biridir. Onun sənətinə, pərəstişkarlarına və həyat eşqinə olan bağlılığı həqiqətən ilhamvericidir.

O, indiyə qədər tanış olduğum ən gözəl, ən çalışqan insanlardan biridir"- deyə o etiraf edib. .


Qeyd edək ki, daha əvvəl ifaçı futbolçu Pike ilə münasibətdə olub. 11 illik evlilikdən sonra 2022-ci ilin iyununda cütlük ayrıldıqlarını elan edib. Pike tələbəsi Klara Çia Marti ilə Şakiranı aldadıb. Bundan sonra Şakiranın adı Tom Kruz, Jimmy Butler və Lewis Hamilton ilə hallansa da, şaiyə olaraq qalıb. 

 

2024-cü ilin mart ayında Şakira və Laviscount Cardi B-nin də yer aldığı “Punteria” klipində birlikdə rol alıblar. Klip yayımlandıqdan qısa müddət sonra cütlük Nyu Yorkda birlikdə nahar edərkən görüntüləniblər. Jurnalistlər cütlüyün görüşməyə başladığını bildirib.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla