Əslən Özbəkistandan olan rusiyalı reper MC Doni (Dostonbek İslamov) Moldovaya buraxılmayıb. O, oliqarx İlan Şorun qrupunun təşkil etdiyi konsertdə çıxış etməli olsa da, Moldovanın sərhəd polisi buna imkan verməyib.
Reyting.az-ın xəbərinə görə, sərhədçilər məlumatı “NewsMaker” portalına təsdiqləyiblər.
Xatırladaq ki, konstitusiyaya zidd hesab edilən “Şor” partiyasının mətbuat xidməti bir gün əvvəl bildirmişdi ki, mayın 6-da Şəhər Günündə Taraclia şəhərində “İlan Şorun komandası tərəfindən təşkil edilən” tədbirlərdə reper Donin də çıxış edəcək.