AZ

"Arsenal" Bundesliqada özünə yeni hücumçu tapıb

"Arsenal" "Ştutqart"ın hücumçusu Seru Quirassiyə göz dikib.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu üçün "Bavariya" və Dortmund "Borussiya"sı mübarizə aparır, lakin xarici çempionatlarda da forvard tələb olunur.

Qvineyalı "Arsenal"ın qarşıdakı yay üçün hədəflərindən birinə çevrilib. Topçuların sükançısı Mikel Arteta mövsüm başlamazdan əvvəl hücumu gücləndirməyə ümid edir.

Quirassi cari Bundesliqada Ştutqart üçün 26 matçda 25 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
Mənbələr
Şərh ()
Bağla