İtaliyanın Siciliya şəhərində çirkab sutəmizləyici qurğuda qəza baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Qəza İtaliyanın Siciliya bölgəsindəki Palermodan 20 kilometr aralıda yerləşən Casteldaccia şəhərindəki tullantı sularının təmizlənməsi zavodunda baş verib. Hadisə nəticəsində 5 işçi ölüb, 1 işçi isə ağır yaralanıb. İtaliya mətbuatı zəhərli qaz sızmasının baş verdiyini bildirsə də, qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, aprelin 9-da İtaliyanın şimalında Bolonya yaxınlığındakı su elektrik stansiyasında baş verən partlayışda 7 işçi həyatını itirib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta