AZ

Gürcüstanda Ulu öndərin irsinə töhfə

Kitab “Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi“nin təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidə nəşr edilib.

Kitabın müəllifi Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Gürcüstan Azərbaycanlı jurnalistlər Birliyinin sədri, AYB üzvü Nizami Məmmədzadədir. Nəşrdə müəllifin qələmə aldığı poemalar, sənədli povest, hekayələr, eyni zamanda, poeziya və nəsr nümunələri toplanıb. 

Ulu öndərin ömür yolundan bəhs edən “Əsrin yadigarı Heydər Əliyev” kitabında, həmçinin Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edən “Xocalı harayı” poemasının bir parçası, habelə 44 günlük müharibəyə, Türk və Azərbaycan xalqlarının qardaşlığına, şəhidlərin ruhuna, əsgər və zabitlərə... həsr olunmuş vətənpərvərlik şeirləri də verilib.

Kitab nəfis şəkildə Tbilisidəki “Tbiliselebi Print” nəşriyyatında nəşr olunub.

Yaxın günlərdə “Əsrin yadigarı Heydər Əliyev” kitabının Ulu öndərin 101-ci ildönümü ərəfəsində təqdimat mərasimi keçiriləcək. 

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla