Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS Siyasi Bürosununrəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.
Trend xəbər verir ki, danışıq zamanı Qəzzadakı münaqişəninaradan qaldırılması istiqamətində görülən işlər müzakirəedilib.
“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefondanışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə vəzorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdənalınan atəşkəs təklifini HƏMAS-ın bəyənməsini qiymətləndirdik.Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraqqəbul etdiyi qərarı müsbət qarşıladığımızı bildirdim və İsrailin dədaimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - Ərdoğan“X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətərvasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişilayihəsini təsdiqlədiyi barədə məlumat verib.