AZ

Amerika və İsrailin hücumlarından qorxan İran Yəməndə silah zavodları TİKİR

Amerika və İsrailin hücumlarından qorxan İran Yəməndə silah zavodları tikir.

İnterpress.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlılarındakı mənbəyə istinadən məlumat yayıb.

İran Yəmən dağlarında dron və ballistik raket zavodları inşa edir və husilərə təlim keçmək üçün yüzlərlə hərbi mütəxəssis göndərib.

Qeyd olunur ki, Tehran amerikalıların və israillilərin hücum riskini azaltmaq üçün müttəfiq ərazilərdə silah zavodları açır.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla