AZ

Ay missiyasının kapsulunda problemlər yaranıb

Ay

"Artemida II" ay missiyasına hazırlıq zamanı, "Orion" kapsulunun istilik qoruyucusu ilə ekipajın təhlükəsizliyini poza biləcək problemlər aşkarlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Kosmik Agentliyinin (NASA) Baş Müfəttişlik Ofisinin hesabatında bildirilir.

Xatırlanır ki, 2022-ci ilin dekabrında da oxşar problem olub. Həmin vaxt da ekipajsız uçuşa hazırlıq görülən zaman "Artemida I" - nin missiyası müəyyən edib ki, gəmidə istilik qoruyucusu, həm də digər kosmik aparat komponentləri ilə bağlı ciddi problemlər mövcuddur.

Yer atmosferində əyləc vəziyyəti zamanı "Orion" kapsulundakı istilik qoruyucusu yüzdən çox yerdə qopub. Bu isə o anlama gəlir ki, hər an ekipaj üçün çox ciddi risk yaranar və istilik qoruyucusu kosmik gəmini həddindən yuxarı istidən etibarlı şəkildə qoruya bilməz. Bundan əlavə, NASA hətta "Artemida I"-nin dövründə "Orion"-un elektrik şəbəkəsindəki enerji paylanmasında 24 anomaliya qeydə alıb. NASA mühəndisləri problemlərin yeganə səbəbini şüalanma ilə əlaqələndirməklə baş verən bütün anomaliya hadisələrinin radiasiyadan qaynaqlandığını müəyyən ediblər.

Təqdim edilmiş hesabata görə, elektrik enerjisinin paylanmasındakı anomaliyalar avtomobilin potensial itkisinə və təzyiqə səbəb ola bilər ki, bu da "Orion"-la daim işləyən kapsul heyətinin kosmik məkanda təhlükəsizliyini yenidən təhlükəyə atmaq deməkdir.

NASA-nın hesabatına görə, müəyyən edilmiş problemləri mümkün qədər tez aradan qaldırılmalı olacaqlar. Çünki vaxt azdır, 2025-ci ilin sonuna qədər kosmosa uçuşu planlaşdırılan "Artemida II"-nin Ay missiyasının başlamasına elə də çox vaxt qalmayıb.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla