Fransa Xarici İşlər Nazirliyi (XİN) bu ölkə qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı dezinformasiya adlandırıb.
Referans.az xəbər verir ki, bu barədə Fransa XİN-in “X” hesabında paylaşım edilib.
“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası səngimək bilmir. Xeyr, Fransa Ukraynaya hərbçi göndərməyib”, - açıqlamada qeyd edilib.