Bakı. Trend:
İsrail Qəzza zolağında saxlanılan girovların qaytarılması üçündanışıqların istənilən variantını diqqətlə nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun rəsminümayəndəsi Daniel Haqari bildirib.
"Biz hər cavabı və hər reaksiyanı diqqətlə təhlil edirik,həmçinin girovların qaytarılması missiyasının bir hissəsi olaraqdanışıqlar ilə bağlı bütün mümkün variantları nəzərdən keçiririk",- deyə Haqari bildirib.