Bakı, 6 may, AZƏRTAC
HƏMAS hərəkatının razılaşdığı Qəzza zolağında atəşkəs təklifi İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Qətər və Misir vasitəçilərinin irəli sürdüyü təklif hər biri 42 gün davam edəcək üç həll mərhələsini əhatə edir.