35 min alman əsgəri buna hazırdır – Şolts vəd verdi
Təxminən 35 min alman hərbçisi fövqəladə vəziyyət zamanı müttəfiqlərimizə operativ kömək göstərməyə hazırdır. BUTA.TV xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib. Latviyada Baltikyanı ölkələrin hökumət başçıları ilə görüş zamanı Şolts Almaniya Silahlı Qüvvələrinin əsas diqqətini Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə yönəldəcəyini bildirib.