AZ

Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb

"Mülki əhalinin zorla yerdəyişməsi beynəlxalq hüquqa görə hərbi cinayət deməkdir..."
 
"Rafah uşaqlar şəhəridir və 600 mindən çox uşaq fəlakətlə üzləşəcək, xaos və təlaş təhlükəsi altına düşəcək..."
 
BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyinin rəhbəri Filipp Lazarini beynəlxalq liderlərin Qəzzada atəşkəsə təkidli çağırışlarını xatırladıb və İsrail Müdafiə Ordusunun Rafahda əməiyyatı ilə bağlı xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "iz.ru" nəşri yazıb.
 
"İsrailin hərbi hücumu onsuz da Qəzza bölgəsi sakinlərinin dözülməz faciəsinin daha da pisləşməsinə gətirib çıxaracaq, - bunu Agentliyin baş direktoru "X" sosial şəbəkəsində yazıb. - Bu, insanın yaratdığı aclığın qarşısının alınmasını daha da çətinləşdirəcək".
 
"İndi zəruri olan yeni məcburi yerdəyişmə, həyəcan və sonu görünməyən əzablar deyil, atəşin dayandırılmasıdır", - o, əlavə edib.
 
Britaniyanın "Care İnternational UK" iri qeyri-hökumət təşkilatı İsrailin Rafahda hərbi əməliyyatlarının genişləndirilməsinə yol verməmək üçün Londona təcili tədbirlər görməyə çağırış edib.
 
"Rafaha irimiqyaslı hərbi hücum ailələr və icmalara xeyli dərəcədə ciddi ziyan vurulması riski deməkdir. Qəzzada, sadəcə, təhlükəsiz yaşayış evləri yoxdur.
 
Rafahın mülki əhalisi əldən düşüb, aclıq içindədir və müdafiə olunmalıdır", - bu barədə humanitar məsələlər üzrə müşavir Madlen Makhovern bəyan edib və britaniyalı nazirlərə İsrailə silah ixracını dayandırmağa çağırış edib.
 
"Britaniya istehsalı olan silahın Rafaha hücum zamanı istifadə edilməsi bağışlanılmaz hal olacaq", - o, deyib.
 
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel həmçinin İsrail ordusunun planları barədə fikir söyləyib.
 
"İsrailin mülki şəxslərin Rafahdan təxliyə edilməsi barədə əmri ən pisi olan yeni müharibə və aclıqdan xəbər verir. Bu, qəbuledilməzdir.
 
İsrail yerüstü hücumdan imtina etməli və BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsini icra etməlidir. Avropa İttifaqı beynəlxalq birlilklə birgə belə ssenarinin qarşısını ala bilər və almalıdır", - Borrel "X" sosial şəbəkəsində yazıb.
 
UNİSEF uşaq xeyriyyə təşkilatı da İsrail Müdafiə Ordusunun hərbi əməliyyatına qarşı çıxıb.
 
"Rafahda uşaqlar xüsusilə həssasdır, 600 mindən çox uşaq bundan sonra da fəlakətlə üzləşə bilər", - UNİSEF bu gün dərc etdiyi pres-relizdə xəbərdarlıq edib.
 
"Rafah uşaqlar şəhəridir, onların Qəzzada gedəcəyi yerləri yoxdur", - UNİSEF-in icraçı direktoru Ketrin Rassel bəyan edib. 
 
"Əgər irimiqyaslı hərbi əməliyyatlar başlasa, uşaqlar təkcə zorakılıq deyil, həm də xaos və təlaş təhlükəsi altına düşəcək, bu həm də o zaman baş verəcək ki, onların fiziki və psixi vəziyyəti zəifləyib", - o, qeyd edib.
 
Fransa XİN İsrailin Rafahda yerüstü əməliyyatına qarşı olduğunu təsdiq edib.
 
"Fransa yenidən İsrailin Rafahda hücumu ilə qətiyyətlə razı olmadığını bəyan edir, orada 1, 3 milyondan artıq insan son dərəcə yoxsulluq şəraitində sığınacaq axtarır.
 
Fransa həmçinin qeyd edir ki, mülki əhalinin yorla yerdəyişməsi beynəlxalq hüquqa görə hərbi cinayət deməkdir", - XİN bəyanatında deyilir. Nazirlik növbəti dəfə atəşkəsə və girovların azad edilməsinə çağırış edib.
 
Xatırladaq ki, Rafahda hərbi əməliyyatın aparılması barədə qərar yekdilliklə qəbul edilib. Bu əməliyyat artıq başlamaq üzrədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla