Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun sonuncu matçında "Səbail" "Qəbələ"ni qəbul edib.
Məhsuldarlığı ilə yadda qalan görüşdə bölgə təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
Hesabı 17-ci dəqiqədə ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom açıb. Cəmi 3 dəqiqə sonra Osama Xalayla "status-kvo"nu bərpa edib.
32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla hesaba yenidən tarazlıq gətirib.
56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 42 xalla altıncıdır.