AZ

10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və bundan sonra ondan hər hansı məlumat almaq mümkün olmayıb.
 
Atası 18 yaşlı oğlunun pis vərdişləri olduğunu söyləyib:
 
“Uşağın anası ilə 2009-cu ildə ayrılmışıq. Oğlumla nadir hallarda görüşürdük, icazə verilmirdi. Yanvar ayında yanıma gəldi, bir həftə qala bilmədi. Çünki ərköyün böyümüşdü, pis əməlləri var idi, içkiyə meyilli idi, siqaret çəkirdi. Mənim yanımdan ayrılıb babasının evinə getdi, indi on gündür oğlumdan xəbər yoxdur”.
 
Qeyd edək ki, Nəsibin valideynləri ayrılandan sonra o, ana babası İbrahim İbrahimovun himayəsində qalıb. Anası isə Türkiyədə ailə qurub və orada yaşayır.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəsib Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

***

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 2024-cü il aprelin 27-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
 
Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm., gözləri qonur rəngdədir.
 
Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.
 
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
4
moderator.az

5Mənbələr