AZ

“İmişli” düşərgəsinə psixoloq cəlb edib - “Bu rahatlıq bizə baha başa gəldi”

Əsgər Abdullayevin çalışdırdığı “İmişli” 24-cü turda şok yaşadı.

“Football-plus.az” xəbər verir ki, səfərdə “Karvan”dan alınan məğlubiyyət həm 2-ci yerin əldən getməsinə, həm də çempionluq şansının möcüzəyə qalmasına səbəb oldu. Növbəti turda məhz lider “Qaradağ Lökbatan”ı qəbul edəcək “İmişli”nin idarə heyətinin rəhbəri Aqşin Mürsəlovun son oyunla bağlı fikirlərini diqqətinizə çatdırırq:
“Son 4 oyunumuz qalmışdı. Futbolçularımızla söhbətimiz olub ki, son oyunlar bizi qane etmirdi. Komandamıza psixoloqlar cəlb etmişik. Psixoloqun gəldiyi qənaət bu oldu ki, futbolçular psixoloji cəhətdən yorulub. Başa düşmək olur ki, çempionatın sonunda hər kəsin gücü tükənir. Premyer-liqaya lisenziya almaq üçün sənədləri təqdim etmişik. Bu o demək deyil ki, bizi elitaya buraxacaqlar. İdman nəticəmiz yüksək olmalıdı. Bunu futbolçularımıza da deyirik və hər biri başa düşür. 2-ci və ya 3-cü yeri tutub elitaya çıxmaq çempion olmaq demək deyil.  Sadəcə, futbolçularda yorğunluq hiss olunur, oyuna köklənə bilmirlər. Amma 90 dəqiqənin sonunda nələrisə itirdiklərini anlayır və peşman olurlar. Düşünürəm ki, bir rahatçılıq var idi rəqibi məğlub edəcəyimizlə bağlı. Bu rahatlıq bizə baha başa gəldi. “Karvan” əzmkar oyun göstərir, yaxşı legionerləri var. Bizimlə bərabər “Karvan”ın da şansı böyükdü. Rəqibin yaxşı azarkeş kütləsi var. Futbolu bölgələrə daşımağı düşünürüksə, “Karvan” da layiqli komandalardandı ki, premyer-liqada oynasın. Rəqibimizi əzmkar mübarizə aparıb qalib gəldiyinə  görə təbrik edirəm. Hücumçumuz 4 sarı vərəqəyə görə bu oyunda çıxış etmirdi. Növbəti oyunlara köklənirik, əsas hədəfimiz elitaya yüksəlməkdi. AFFA İcraiyyə Komitəsinin qərarından sonra, bir çox məsələyə aydınlıq gələcək. Ona görə də sona qədər mübarizə aparacağıq. Kim premyer-liqaya çıxmağa layiqdirsə, çıxacaq”.


ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla